Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlandı

13:12 - 2 İyul 2025 - Cəmiyyət

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb.

Bu barədə Ucnoqta.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər yaşayış ərazisinə uyğun olaraq yerli təhsili idarəetmə orqanına müraciət etməlidirlər.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, uşaqlarda sağlamlıq imkanlarının məhdudluğu və onların xüsusi təhsilə cəlb olunması rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

Xəbər xətti