Azərbaycanda rus dilində tədris dayandırılır (YENİLƏNİB)

13:23 - 2 İyul 2025 - Xəbər

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.

12:31

2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.

Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq. pizza mizza

Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyi məsələni nə təsdiq, nə təkzib edib. Qurumun məsələ ilə bağlı açıqlaması gözlənilir.

Xəbər xətti