"Mən burada açıq bir mesajla gəlmişəm: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar"
Ucnoqta.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaja Kallas Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
“Bu gün biz təhlükəsizlik və müdafiə üzrə Ermənistan-Aİ məsləhətləşmələrinə birgə başladıq”, - Kallas bildirib.
Ermənistan və Aİ böhranın idarə edilməsi əməliyyatının çərçivəsini müəyyən etmək üçün saziş imzalayıblar.