9-cu sinif şagirdlərinə attestatlar təqdim edilir

12:19 - 28 İyun 2025 - ÖLKƏ İÇİ

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 2024-2025-ci tədris ilində məzun olan 9-cu sinif şagirdlərinə attestatlar təqdim edilir.

Bu barədə Ucnoqta.az regional idarəyə istinadən xəbər verir. ‎Məlumat üçün bildirilir ki, 2024-2025-ci tədris ilində Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin lX siniflərini 8058 şagird, XI siniflərini isə 5800 şagird bitirib.

‎Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

‎Qeyd edək ki, dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün heç bir rüsum tələb edilmir. Hər hansı bir neqativ halla qarşılaşan zaman İdarənin 146-0-11 nömrəli Çağrı Mərkəzinə yığmaqla məlumat verməyinizi xahiş olunur.


Xəbər xətti