Rusiyada təyyarə qəzaya uğrayıb

09:43 - 28 İyun 2025 - DÜNYA

Rusiyada "Zlin-142" yüngülmotorlu təyyarə Primorsk diyarında Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təyyarənin pilotu həlak olub.

Təyyarədə başqa sərnişin olmayıb.

İdarədən verilən ilkin məlumata görə, təyyarənin sahibi pilotluq vərdişlərini öyrənmək üçün onu həmin şəxsə veribmiş.

Xəbər xətti