Yerdə maqnit qasırğası başlayıb

08:53 - 27 İyun 2025 - Xəbər

Yer üzündə maqnit qasırğası başlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Yer Günəşdə əmələ gələn tac dəliyinin yaratdığı günəş aktivliyinin təsiri altında qalmaqda davam edir.

Proqnozlara görə, G1-G2 siniflərinin maqnit qasırğası 3 saatdan 6 saata qədər davam edəcək və bu günün ikinci yarısında geomaqnit sahəsində pozuntular zəifləyərək dayanacaq.

Xəbər xətti