İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətində Raunq vulkanının püskürməsi qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Antara agentliyi müşahidə postuna istinadən məlumat yayıb.
Məlumata görə, kül vulkanın kraterindən 2 min metr yüksəkliyə və ya dəniz səviyyəsindən 3332 metr yüksəkliyə çatıb. Qeyd olunur ki, kül cənub və cənub-şərq istiqamətlərində yayılır.
Yerli sakinlər və turistlərə ehtiyatlı olmaq və vulkanın kraterinə 3 km radiusda yaxınlaşmamaq çağırılıb.
Dəniz səviyyəsindən 3332 metr yüksəklikdə olan Raunq vulkanı Yava adasının şərqində, İndoneziyanın Surabaya şəhərindən 180 km qərbdə yerləşir.