Ucnoqta.az
www.ucnoqta.az

Raunq vulkanı 5,3 km hündürlüyə kül atıb

13:26 - 19 İyun 2025 tarixində dərc olunub.

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətində Raunq vulkanının püskürməsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Antara agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Məlumata görə, kül vulkanın kraterindən 2 min metr yüksəkliyə və ya dəniz səviyyəsindən 3332 metr yüksəkliyə çatıb. Qeyd olunur ki, kül cənub və cənub-şərq istiqamətlərində yayılır.
Yerli sakinlər və turistlərə ehtiyatlı olmaq və vulkanın kraterinə 3 km radiusda yaxınlaşmamaq çağırılıb.

Dəniz səviyyəsindən 3332 metr yüksəklikdə olan Raunq vulkanı Yava adasının şərqində, İndoneziyanın Surabaya şəhərindən 180 km qərbdə yerləşir.

Müəllif: Ucnoqta.az redaksiyası