Klinikada baş verən yanğın söndürülüb (YENİLƏNİB)

21:22 - 15 İyun 2025 - ÖLKƏ İÇİ

Yanğın hadisəsi bu gün saat 16.30 radələrində Sabirabad şəhərinin Muğan prospektində yerləşən “Muğan” klinikasında baş verib.

Ucnoqta.az xəbər verir ki, yanğının söndürülməsinə FHN-in Sabirabad, İmişli, Saatlı və Şirvan Yanğından Mühafizə Hissələrinin 6 avtomobili və 30 nəfər canlı qüvvəsi cəlb olunub.

Yanğının güclənməsinə və tez bir zamanda klinikanın ərazisini əhatə etməsinə küləkli hava səbəb olub.

Yanğın nəticəsində klinikanın 1000 kv.metr ərazisi tamamilə yanıb. Eyni zamanda klinikanın daxilində olan müasir tipli yüksək dəyəri olan tibbi avadanlıqlar və ləvazimatlar yanaraq sıradan çıxıb.

Tibbi preparatlar və digər avadanlıqlar da yanaraq yarasız hala düşüb. Klinika sahibinə külli miqdarda ziyan dəyib.

İlkin ehtimala görə yanağına kondisionerlərdən birində baş verən qısaqapanma səbəb olub.

16:57

Sabirabadda klinika yanır.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Xəbər xətti