Monqolustanda qızılcaya yoluxanların sayı 6 mini keçib

08:21 - 9 İyun 2025 - DÜNYA

Monqolustanda məktəblərdə tətil başlayandan qızılcaya yoluxma hallarının təsdiqlənmiş sayı 6 mini keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat yayıb.

Məlumata görə, iyunun 3-də 5075 laboratoriya təsdiqlənmiş qızılcaya yoluxma faktı qeydə alınıbsa, iyunun 9-da onların sayı 6046-ya çatıb.
Xəstəxanaya yerləşdirilən 616 nəfərdən 38-nin vəziyyəti ağırdır. Xəstələrlə aktiv təmasda olan 36307 vətəndaş həkim nəzarətindədir".

Xəbər xətti