Keçmiş qubernator işdən çıxarılan generalın yerinə təyin olundu - Ermənistanda

11:08 - 3 İyun 2025 - DÜNYA

Ermənistanın Lori vilayətinin keçmiş qubernatoru Aram Qazaryan polis rəisi, daxili işlər nazirinin müavini təyin edilib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın 3 iyun tarixli qərarı ilə Aram Qazaryan Daxili İşlər Nazirliyinin polis rəisi - daxili işlər nazirinin müavini təyin edilib.  O, bu vəzifədə polis general-mayoru Aram Hovhannisyanı əvəz edib.

Xəbər xətti