Bərdədə yük avtomobili aşıb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.
Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü toqquşmadan yayınmaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.
Bildirilir ki, “Kamaz” markalı avtomobil Azərbaycan Ordusuna aid olub.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma başlanıb.