Kömür mədənini su basdı - 3 nəfər ölüb

11:54 - 20 May 2025 - HADİSƏ

Çinin şimal-qərbindəki Qansu əyalətində kömür mədənində çalışan 3 işçi "Gansu Jingyuan Coal Industry Group" şirkətinə məxsus obyekti su basması nəticəsində həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə bazar ertəsi Pekin vaxtı ilə saat 19:43-də Baiyin şəhərində baş verib. Qəza zamanı mədəndə 133 şaxtaçı olub, onlardan 130-u uğurla təxliyə edilib.

Xilasedicilər çərşənbə axşamı üç qurbanın cəsədini çıxarıblar. Hadisənin səbəbləri araşdırılır.

Xəbər xətti