Hindistanın mərkəzi hissəsində yerləşən Çhattisqarh əyalətində yük maşınının qoşqu ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yük maşınında dini bayramdan qayıdan yerli sakinlər olub. Qəza Raypur şəhəri yaxınlığında baş verib.
Ümumilikdə 13 nəfər həlak olub, daha 12 nəfər xəstəxanaya göndərilib.
Ölənlər arasında dörd uşaq da var. Polis qəzanın səbəblərini araşdırır.