Parisdə avtomobil futbol azarkeşlərinə çırpılıb

07:59 - 8 May 2025 - HADİSƏ

Parisdə paytaxtın “Paris Sen-Jermen” futbol klubunun azarkeşləri tərəfindən törədilən iğtişaşlar zamanı avtomobil azarkeş kütləsinə çırpılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Parisien qəzeti məlumat yayıb.

Paris klubu London "Arsenal"ı ilə hər iki görüşdə qalib gələrək tarixində ikinci dəfə Çempionlar Liqasının finalına yüksəlib.
Azarkeşlərin qələbəni qeyd etməsi Yelisey meydanında iğtişaşlara çevrilib. "Paris Saint-Germain"in minlərlə azarkeşi küçələrdə məşəl yandırıb, fişənglər yandırıb, dükanların vitrinlərini sındırıb, dəyənək və gözyaşardıcı qazdan istifadə edən polislərlə toqquşub.

Axşam saatlarında Kristoforo Kolombo küçəsində avtomobil izdihamlı azarkeşlərə çırpılıb. İddialara görə, azarkeşlər maşını mühasirəyə alaraq şüşələrini sındırmağa çalışıblar. Tez oradan çıxmaq istəyən sürücü 3 nəfəri vurub. Toqquşma nəticəsində azarkeşlərdən biri olduqca ağır xəsarətlər alıb və hazırda vəziyyəti ağırdır.
Toqquşmadan sonra onlarla azarkeş maşını təqib edərək yandırıb. Avtomobil partlayıb və yanğınsöndürənlər tərəfindən söndürülməli olub. Avtomobilin sürücüsünün həbs edilib-edilmədiyi hələlik məlum deyil.

Xəbər xətti