İdmançımız dopinqə görə diskvalifikasiya edildi

12:23 - 5 May 2025 - İDMAN

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

Ucnoqta.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, buna idmançının analizində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində "S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium" aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Xəbər xətti