Bakıda 30 minlik dələduzluq edən saxlanıldı

13:07 - 1 May 2025 - HADİSƏ

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, əmlakın sənədləşdirilməsi vədi ilə bir nəfəri aldadıb 30 min manat ələ keçirən 65 yaşlı Ə.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayonunda da bir nəfərə dələduzluq yolu ilə 1065 manat maddi zərər vurmuş 27 yaşlı E.Bəşirov saxlanılıb.

Araşdırmalar aparılır.

Xəbər xətti