Göyçayda iş adamı intihar edib

15:48 - 28 Aprel 2025 - HADİSƏ

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 27-si saat 18 radələrində 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı Ləkçıplaq kəndindəki evdə özünü asıb.

Bildirilib ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb.

Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti