Bank kartlarından daha 20 min oğurlandı

10:09 - 24 Aprel 2025 - HADİSƏ

Ötən gün vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

Ucnoqta.az-a DİN-dən verilən məlumata görə, aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var",- deyə məlumatda qeyd edilib.

Xəbər xətti