Qəbiristanlıqda ər arvadını öldürdü

15:51 - 23 Aprel 2025 - ÖLKƏ İÇİ

Şamaxıda qətl hadisəsi törədilib.

Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, hadisə rayon qəbiristanlığında qeydə alınıb.

İlkin məlumata görə, ər öz arvadını şəhər qəbiristanlığında öldürüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Fakt araşdırılır.

Xəbər xətti