Yeni müdir müavini kollektivə təqdim edilib - FOTO

13:16 - 22 Aprel 2025 - ÖLKƏ İÇİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Pənahov Hafiz Saməddin oğlu kollektivə təqdim edilib.

Ucnoqta.az xəbər verir ki, təqdimat tədbirində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri, İdarənin tabeliyində olan təhsil müəssisələrinin rəhbər heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Günay Mahmudova Hafiz Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. İdarə müdiri Hafiz Pənahovun təhsil sahəsindəki təcrübəsinin Regional Təhsil İdarəsinin fəaliyyətinə töhfələr verəcəyinə inandığını bildirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Hafiz Pənahov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.

Sonda Şəki-Zaqatala Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri və İdarənin müdir müavini vəzifələrində çalışmış, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunmuş Bəhruz Nəbiliyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsi adından xatirə hədiyyəsi təqdim olunub.

 İdarənin kollektivi adından Bəhruz müəllimə yeni vəzifədə uğurlar və müvəffəqiyyətlər arzu edilib.


Xəbər xətti