Bu məşhur növ fastfud yemək allergik reaksiyaya səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki. allerqoloq-immunoloq Natalya Popova NEWS.ru ilə söhbətində allergiyaya səbəb olan qidaların adını açıqlayıb.
O, pizzanın çoxkomponentli yemək olduğunu xatırladıb. "Onun tərkibində xəmir, pendir, pomidor sousu, ət, tərəvəz və ədviyyatlar kimi müxtəlif inqrediyentlər var. Bu məhsulların hər biri allergiyaya səbəb ola bilər", - Popova hesab edir.
Allergiyanın səbəblərini dəqiq müəyyən etmək üçün hər bir tərkib hissəsini ayrıca yoxlamaq lazımdır.
Popova qeyd edib ki, allergiyanın səbəbi inqrediyentin özü deyil, keyfiyyətinin aşağı olması və ya çirklərin olması ola bilər.
Məsələn, sənaye məhsullarında konservantların, boyaların və ya stabilizatorların istifadəsi hətta qida allergiyasından əziyyət çəkməyən insanlarda da allergik reaksiyalara səbəb ola bilər, bu halda diaqnostika heç nə göstərmir, immunoloq belə qənaətə gəlib.