41 yaşlı kişi iş yerində öldü

10:18 - 18 Aprel 2025 - ÖLKƏ İÇİ

Yevlax rayonunda 41 yaşlı kişinin iş başında zəhərlənmədən öldüyü ehtimal edilir. 

Ucnoqta.az xəbər verir ki, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.

41 yaşlı E.Bahadurov zirzəmidə iş görərkən ölüb.

Onun benzinlə işləyən generatordan atılan qazdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti