Perunun şimalında “Real Titan”ın həvəskar futbolçusu 21 yaşlı Elar Qonzales Altamirano ölkə kubokunun oyununda rəqib qapıçı ilə top uğrunda mübarizə apararkən aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, oyun aprelin 6-da baş tutub. Matçın 70-ci dəqiqəsində Altamirano “Defensor Nueva Kajamarka” komandasının qapıçısı ilə toqquşub və yerə yıxılıb.
O, dərhal Moyobambadakı xəstəxanaya aparılıb və iki gün sonra orada ölüb.
Futbolçunun qardaşı bildirib ki, ölümə səbəb beyin damarının yırtılması olub.