Bakıda uşaq bağçasında asılmış meyit tapıldı

14:17 - 8 Aprel 2025 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.

Xəbər xətti