Modi "Truth Social"a qoşuldu

19:56 - 17 Mart 2025 - DÜNYA

Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsinə Amerika lideri bloger Leks Fridmanla müsahibəsinin linkini paylaşdıqdan bir neçə saat sonra qoşulub.

Ucnoqta.az xəbər verir ki, Modi ilk yazısında 2019-cu ildə Hyustonda prezident Trampla əl-ələ tutduqları tədbirdən çəkilmiş fotoşəkili paylaşaraq onları salamlayıb.
"Truth Social-da olmaqdan həyəcanlandım. Buradakı bütün həvəskarlarla əlaqə saxlamağı və gələcəkdə mənalı söhbətlər etməyi səbirsizliklə gözləyirəm“ - baş nazir qeyd edib

Platformaya qoşulduqdan qısa müddət sonra Hindistanın baş naziri Tramp və vitse-prezident J.D.Vansı izləyib.

Xəbər xətti