Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanılıb

10:13 - 6 Mart 2025 - ÖLKƏ İÇİ

Martın 5-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 156 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.        

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Xəbər xətti