Şəkidə 14 yaşlı yeniyetmə intihar edib

09:05 - 6 Mart 2025 - ÖLKƏ İÇİ

Şəkidə intihar hadisəsi qeydə alınıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib.

Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü Tofiq Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti