Göygöldə 2 bacı, 1 qardaş olmaqla 4 nəfər dəm qazından öldü

09:57 - 5 Mart 2025 - ÖLKƏ İÇİ

Göygöl rayonunda faciə baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Aşıqlı kəndində 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

Həyatını itirənlərdən üçü yeniyetmədir. Ölənlər 1-i qardaş, 2- bacı olmaqla 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S. Müseyibovadır.

Vəfat edən dördüncü şəxs 1990-cı il təvəllüdlüdür.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti