Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini artırır

13:12 - 6 Yanvar 2025 - İQTİSADİYYAT

 Fevralda Səudiyyə Ərəbistanı Asiya ölkələrinə tədarük üçün son üç ayda ilk dəfə olaraq neftin qiymətini artıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Saudi Aramco"nun bəyanatında deyilir.O cümlədən, Asiya alıcıları üçün “Arab Light” markalı yanacağın bir barelinin qiyməti 0,6 dollar artacaq.
Nəticədə, o, Oman/Dubay neft səbətindən 1,5 dollar baha olacaq,

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün gələn aydan etibarən Səudiyyə neftinin qiyməti bir barel üçün 1,3 dollar artacaq.

ABŞ alıcıları üçün qiymətlər 0,3-0,4 dollar/barel azalacaq

Xəbər xətti