ABŞ prezidenti Co Bayden administrasiyası yaxın iki həftə ərzində İsrail ilə Fələstinin Həmas hərəkatı arasında atəşkəs və girovların qaytarılması ilə bağlı danışıqların başa çatmasını istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Seulda Koreya Respublikasının xarici işlər naziri ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz həqiqətən də finiş xəttinin yaxın iki həftə ərzində, ayrıldığımız müddətdə keçilməsini görmək istərdik. Əgər finiş xətti iki həftə ərzində keçilməsə, mən əminəm ki, onlar nə vaxtsa tamamlanacaq – gec olmaqdansa tez olmağı yaxşıdır" - Blinken Yaxın Şərqdə atəşkəsin daha yaxın olub-olmaması ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.