Bakıda evdən 10 min manatlıq oğurluq edilib

12:34 - 18 Dekabr 2024 - HADİSƏ

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti