"Real Madrid"in vingeri Vinisius Junior FIFA Best mərasimində 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Ucnoqta.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, braziliyalı futbolçu aşağıdakı rəqibləri qabaqlayıb: Jude Bellingham, Kilian Mbappe, Daniel Carvaxal, Federiko Valverde (hamısı "Real Madrid"), Lionel Messi ("İnter Mayami"), Lamin Yamal ("Barselona"), Erling Holland, Rodri (hər ikisi "Mançester Siti"), Florian Virtz ("Bayer Leverkuzen") və karyerasını bitirən Toni Kroos.