Gəzintinin faydaları saysız-hesabsızdır. Yeni bir araşdırmaya görə, gündə 7 min addım atmağın depressiyanın dağıdıcı təsirlərini aradan qaldıra biləcəyi açıqlanıb. Təfərrüatlar...
Ucnoqta.az xəbər verir ki, Jama Network Open jurnalında dərc edilən araşdırmada gündəlik gəzintilərin əhval-ruhiyyəyə təsiri araşdırılıb.
Mütəxəssislər addım atmağın ürək sağlamlığı və uzunömürlülüklə əlaqəli olduğunu, lakin bunun depressiya ilə əlaqəsi ilə bağlı daha əvvəl heç bir araşdırma aparılmadığını açıqlayıb.
Araşdırmalara görə, gündə 5 mindən az addım atmaq depressiya riskini artırır. 7500 addım atan insanlarda depressiya riski yüzdə 42 azalır.
Məşq və sağlamlıq fiziologiyası mütəxəssisi Lindsay Bottoms 10 min addım hədəfi ilə vəsvəsə olmanın səhv olduğunu deyib.
Professor Tom Yates orta fiziki fəaliyyətin vaxtından əvvəl ölüm riskini azaltmaqda təsirli olduğunu, lakin bu səviyyədən kənarda böyük fərq yaratmayacağını ifadə edərək, deyir ki, dəlillər göstərir ki, gündə 8 min addım sağlamlıq üçün faydalı bir hədddir.
Mütəxəssislər nizamlı yeriməyin faydalarının təkcə ürək və ruh sağlamlığı ilə məhdudlaşmadığını, gündəlik gəzintilərin əzələləri gücləndirdiyini, oynaq ağrılarını azaltdığını və dözümlülüyü artırdığını bildiriblər.