Nazir rəisi işdən çıxardı

14:45 - 2 Dekabr 2024 - Mədəniyyət

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

Xəbər xətti