Qananın tibbi xidmətləri ölkə sakinlərinə mpox (“empox”, meymun çiçəyi) xəstəliyinin yayılmasının artmaması üçün öpüşməkdən çəkinməyi, həmçinin bu xəstəliyə yoluxmaqda şübhəli bilinən insanlarla intim əlaqəyə girməməyi tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu müraciəti Qana Səhiyyə Xidmətinin rəhbəri Franklin Asiedu-Bekoe edib.
Franklin qeyd edib ki, fiziki təmasdan qaçmaq üçün öpüşməməyi və ya intim əlaqəyə girməməyi tövsiyə edirik.
Qanada səhiyyə xidməti 230 şübhəli mpox hadisəsi müəyyən edib. Hələlik bu xəstəlikdən ölüm faktı qeydə alınmayıb.