İngiltərə futbol çempionatının altıncı turunda “Tottenhem”in futbolçuları “Mançester Yunayted”ə 3:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, görüş Mançesterdə, “Old Trafford” stadionunda baş tutub.
Qaliblərin qollarını Brennan Conson (3-cü dəqiqə), Deyan Kulusevski (47) və Dominik Solanke (77) vurub.
42-ci dəqiqədə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Tottenhem" 4 oktyabr 2020-ci ildən bəri ilk dəfə "Mançester Yunayted"i səfərdə məğlub etdi və London komandası 6:1 hesabı ilə qalib gəldi.
Bundan sonra "Tottenhem" səfərdə iki dəfə uduzub, bir görüş heç-heçə başa çatıb.