Harris Trampa zəng edib

23:34 - 17 Sentyabr 2024 - DÜNYA

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından ölkənin ən yüksək vəzifəsinə namizəd Kamala Harris ikinci dəfə həyatına cəhddən sonra Respublikaçı rəqibi Donald Trampa zəng edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Vitse-prezident Harris bu gün günortadan sonra keçmiş prezident Trampa zəng edərək, onun yaxşı olduğuna sevindiyini bildirib. Səmimi və qısa söhbət oldu”, - məlumatda ​​deyilir.

Xəbər xətti