ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd onun yaxın adamları tərəfindən həyata keçirilə bilərdi.
Ucnoqta.az xəbər verir ki, bu fərziyyəni keçmiş Amerika liderinin oğlu Erik Tramp deyib.
“Bilirsiniz, bir çox insanlar bunun öz işi olduğuna inanır. Mən başa düşürəm ki, biz bunu həqiqətən özümüzdən birinin edə biləcəyi ehtimalını nəzərə almalıyıq. Ümumiyyətlə, mən sui-qəsd nəzəriyyələrinin o qədər də həvəskarı deyiləm və özümü sağlam düşüncəli insan hesab edirəm.
Ancaq beş həftə ərzində iki sui-qəsd cəhdindən sonra bu ssenariyə baxmağa başlamaq daha yaxşıdır, çünki burada nəsə səhvdir”, - o, jurnalist Megyn Kelly ilə müsahibəsində bildirib.