BMT Livandakı partlayışları pisləyib

21:20 - 17 Sentyabr 2024 - DÜNYA

BMT Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycerlərin partlayışlarından son dərəcə narahatdır və dinc əhalinin ölümünü pisləyir.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Bu inkişaf, xüsusilə də son dərəcə qeyri-sabit olan vəziyyətin kontekstini nəzərə alsaq, son dərəcə narahatlıq doğurur" dedi.

Dujarrik əlavə edib ki, dünya qurumu Livanda və regionda eskalasiya riskini vurğulayır.

Xəbər xətti