Aİ ildə ən azı 1,4 milyon 155 mm-lik mərmi istehsal etməyi planlaşdırır

13:36 - 17 Sentyabr 2024 - DÜNYA

Avropa İttifaqının Ukrayna hərbçilərinin fəal şəkildə istifadə etdiyi 155 mm-lik artilleriya sursatlarının istehsalı 2024-cü ilin sonuna qədər illik 1,4 milyon ədəd səviyyəsinə çatmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat verib.

Valdis bildirib ki, Aİ ölkələri tərəfindən 155 mm-lik mərmi istehsalı 2024-cü ilin sonuna qədər illik ifadədə ən azı 1,4 milyon ədədə çatmalıdır. 

Xəbər xətti