ABŞ Dövlət Departamenti müxtəlif ehtiyat hissələrinin, o cümlədən aviasiya üçün Tayvana 228 milyon dollara mümkün satışını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 17-də ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Sənəddə göstərildiyi kimi, Taypey İqtisadi və Mədəniyyət Nümayəndəliyi Birləşmiş Ştatlardan “məxfi və təsnifləşdirilməmiş aviasiya ehtiyat hissələri və müvafiq avadanlıqları” tələb edib.
habelə onların təmiri və daşınması üzrə xidmətlər. Bəyanatda qeyd olunub ki, mümkün sövdələşmə ABŞ qanunlarını pozmur və ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək.