Zimbabve prezidenti Emmerson Mnanqaqvanı daşıyan helikopter havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Prezident təyyarədə olmayıb, ekipaj sağ qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ZBC telekanalı Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanatına istinadən məlumat yayıb.
Açıqlamaya görə, insident sentyabrın 15-də ölkənin cənubunda, prezidentin doğum günü ilə üst-üstə düşən Munutəpə Günü münasibətilə ilk dəfə bayram tədbirlərinin keçirildiyi Masvinqo şəhərində baş verib.
Bayram tədbirləri hakim ZANU-PF partiyasının Gənclər Liqası tərəfindən vaxtilə indiki Zimbabve Respublikası ərazisində mövcud olmuş qədim Munumutəpa İmperiyasının xatirəsinə təşkil edilib.