CAR-nın vitse-prezidenti çıxışı zamanı huşunu itirib

20:16 - 14 Sentyabr 2024 - DÜNYA

Cənubi Afrika Respublikasının vitse-prezidenti 62 yaşlı Pol Maşatil ölkənin şimalında çıxışı zamanı huşunu itirərək xəstəxanaya aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, Maşatil huşunu itirən zaman tribunada olub və yıxılıb. Vitse-prezident Limpopo əyalətinin Valoyi kəndinin mədəniyyət mərkəzində keçirilən mərasimdə iştirak edib.

Öz növbəsində vitse-prezidentin mətbuat katibi Keyt Xoza bildirib ki, Maşatil həkimlər tərəfindən müayinə olunub.
Vitse-prezidentin xəstələnməsinə səbəb Cənubi Afrikanın şimalında müşahidə olunan güclü istilərdir.

Xəbər xətti