Hindistanın qərbindəki Qucarat ştatında baş vermiş naməlum xəstəlikdən azı 15 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Yerli həkimlərin hələlik dəqiq səbəbini müəyyən edə bilmədiyi xəstəlik Pakistanla sərhəddə yerləşən Kutç rayonunun Laxpat şəhərində baş verib.
Sentyabrın 3-dən sentyabrın 7-dək 10 nəfərin həyatına son qoyub. O vaxtdan bəri ən azı daha beş ölüm faktı qeydə alınıb.
Aparılan analizlər əsasında həkimlər H1N1 qripi, donuz qripi, Orta Asiya qızdırması, malyariya və Denq qızdırması kimi xəstəlikləri istisna edə biliblər.