Daşqınlardan 1 milyona yaxın insan zərər çəkib

16:35 - 11 Sentyabr 2024 - DÜNYA

Nigeriyanın şimalındakı Borno əyalətində daşqınlardan təxminən bir milyon insan zərər çəkib.

Ucnoqta.az xəbər verir ki, bunu ştatın qubernatoru Babaqana Umara Zulum deyib.

Uzun sürən yağışlardan əlavə, fəlakətli daşqınlara ştatın inzibati paytaxtı Mayduquridən 10 km aralıda yerləşən Alau bəndinin dağılması səbəb olub.
Bildirilir ki, Borno əyalətinin paytaxtında sonuncu dəfə bu böyüklükdə fəlakət 30 ildən çox əvvəl müşahidə edilib.

Xəbər xətti