İsrail ordusu İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə reydlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, səhər saatlarında İsrail hərbçiləri Hebron, Bet-Lexem, eləcə də Əl-Azza qaçqın düşərgəsində küçələri bağlayıblar.
Şəbəkə qeyd edir ki, ötən həftə ən azı 33 fələstinli həlak olub.
İsrail qüvvələri avqustun 28-dən İordan çayının qərb sahilində reydlər keçirir.