Ucnoqta.az
www.ucnoqta.az

İsrail İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə reydlər keçirir

08:10 - 4 Sentyabr 2024 tarixində dərc olunub.

İsrail ordusu İordan çayının qərb sahilindəki şəhər və qəsəbələrə reydlər keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, səhər saatlarında İsrail hərbçiləri Hebron, Bet-Lexem, eləcə də Əl-Azza qaçqın düşərgəsində küçələri bağlayıblar.

Şəbəkə qeyd edir ki, ötən həftə ən azı 33 fələstinli həlak olub.

İsrail qüvvələri avqustun 28-dən İordan çayının qərb sahilində reydlər keçirir. 

Müəllif: Ucnoqta.az redaksiyası