Axşam saatlarında Livandan İsrailin şimal bölgələrinə doğru 30-a yaxın mərmi atılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumlardan biri sərhəddəki Mattat kəndi ərazisində qeydə alınıb.
Onun istiqamətinə 20-yə yaxın raket atılıb, onların bəziləri ələ keçirilib, bəziləri isə yaşayış olmayan ərazilərə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir.