Ucnoqta.az
www.ucnoqta.az

Livandan İsrailə 30 mərmi buraxılıb

23:28 - 1 Sentyabr 2024 tarixində dərc olunub.

Axşam saatlarında Livandan İsrailin şimal bölgələrinə doğru 30-a yaxın mərmi atılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlardan biri sərhəddəki Mattat kəndi ərazisində qeydə alınıb.
Onun istiqamətinə 20-yə yaxın raket atılıb, onların bəziləri ələ keçirilib, bəziləri isə yaşayış olmayan ərazilərə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası